0
Sevimlilərə əlavə et
Xeyr. Belə ki, qadın işçilərə hamiləliyə və doğuma görə verilən ödənişli məzuniyyətin müddəti doğumdan əvvəl 70 təqvim günü, doğumdan sonra 56 təqvim günüdür. Bu müddət uşaqların sayından və çətin doğumdan asılı olaraq artırıla bilər.
Bu müddətdə işçiyə əmək haqqı ödənilmir, müavinət ödənilir.
Müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuma görə müavinət xəstəlik vərəqəsinə əsasən təyin olunur.
Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.
Müavinət işəgötürən tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 7 ay öncə |
| İzlənib | 231 dəfə |
Teqlər
Analıq məzuniyyətində olduğum müddətdə əmək haqqı ala bilərəm?
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.