Xaricdə təhsil almışam. Diplomun tanınması üçün nə etməliyəm?
0
Sevimlilərə əlavə et
Xaricdə təhsil almış tələbə ölkəyə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalıdır. Əks halda həmin diplom keçərsiz sayılır. Xarici diplomların tanınması üçün namizədlər diplom və əlavəni, lazımi digər sənədləri Azərbaycan dilinə çevirib, notarial qaydada təsdiq etdirib elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.
Xarici diplomun tanınması üçün rüsum 250 manat təşkil edir. Həmin rüsum elektron müraciət edilən zaman ödənilməlidir.
Əgər Agentlik diplomun tanınmasından əsassız olaraq imtina edərsə, həmin imtina cavabını rəsmi qaydada əldə etdikdən sonra iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilərsiniz.
Xarici diplomların tanınması ilə bağlı işlər üzrə hüquqi dəstək göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Digər |
| Yerləşdirildi | 6 ay öncə |
| İzlənib | 106 dəfə |
Teqlər
diplom taninmasi inzibati mehkeme tehsil tehsil huququ taninma apostil mehkemeye muraciet etmek huququ inzibati mubahise telebe
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.