0
Sevimlilərə əlavə et
Bəli. Cinayət Məcəlləsinin 312-ci maddəsinə əsasən rüşvət vermə cinayət məsuliyyətinə səbəb olur və 5000 manatdan 8000 manatadək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə, habelə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə 8000 manatdan 12000 manatadək miqdarda cərimə və ya 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.
Həmin cinayət işlərinin istintaqının aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.
Teqlər
qanun qanunlar cinayet cinayet isi cinayet mesuliyyeti vezifeli sexs ceza cerime prokurorluq qanunvericilik huquqi maariflendirme
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.