Miras payımdan imtina etmişəm. Yenidən payımı tələb edə bilərəm?
0
Sevimlilərə əlavə et
Xeyr. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti 2 aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Həmin Məcəllənin 1257-ci maddəsində isə qeyd olunur ki, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.
Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
| Kateqoriya | Mülki hüquq |
| Yerləşdirildi | 4 ay öncə |
| İzlənib | 53 dəfə |
Teqlər
qanunlar emlak verese miras vereselik qanun uzre vereselik vesiyyet uzre vereselik
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.