0
Sevimlilərə əlavə et
Bəli. Ailə Məcəlləsinin 108.1-ci maddəsinə görə, aliment verməli olan şəxs aliment ödənilməsi barədə sazişdə müəyyən edilmiş aliment məbləğini təqsirli olaraq (bilərəkdən) vaxtında ödəmədikdə təqsirkar şəxs sazişlə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. (cərimə ödəmək, müəyyən əmlak verilməsi, dəbbə pulu və s.)
Məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxs alimenti təqsirli olaraq (bilərəkdən) vaxtında ödəmədikdə təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir.
Dəbbə pulu dedikdə, öhdəliyin icra edilmədiyi və ya lazımıınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun (aliment verənin) tələbkara (aliment alana) ödəməli olduğu pul məbləği başa düşülür.
Qanunda dəbbə pulunun faizi müəyyən edilməsə də, təcrübədə bu məbləğ hər gün üçün ödənilməmiş məbləğin 0,1 faizi miqdarında tətbiq edilir.
Bütün növ hüquqi xidmətlər üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 1 il öncə |
| İzlənib | 276 dəfə |
Teqlər
aliment gecikme cerime ceza debbe
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.