5/5
Sevimlilərə əlavə et
Bəli. Belə ki, Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvad nikah pozulmadığı halda da ümumi əmlakın bölünməsini tələb edə bilər. Bunun üçün tərəflər ilkin olaraq mediasiya prosesindən keçməlidir.
Mediasiya prosesində əmlak bölgüsü barədə razılıq əldə olunmadıqda, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq pul məbləğində kompensasiya verilə bilər.
Mediasiya və məhkkəməyə ərizə və iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 3 ay öncə |
| İzlənib | 57 dəfə |
Teqlər
qanunlar ev pay birge mulkiyyet bosanma nikah er arvad aile huquqi meslehet
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.