Uşağı xaricə aparmaq istəyirəm. Ata razılıq vermir. Nə edə bilərəm?
0
Sevimlilərə əlavə et
Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq valideynlərinin biri ilə ölkədən getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Uşağın xarici ölkəyə getməsinə ata razılıq vermədikdə, həmin məsələ məhkəmə qərarı ilə həll edilir.
Bunun üçün ana əvvəlcə mediasiya təşkilatına ərizə ilə müraciət etməlidir. Mediasiya prosesində valideynlər arasında uşağın xarici ölkəyə getməsi barədə razılıq əldə olunmadıqda, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməlidir.
Mediasiya xərci 60 manat, məhkəmə üçün dövlət rüsumu 50 manat təşkil edir.
Mediasiyaya ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 5 ay öncə |
| İzlənib | 52 dəfə |
Teqlər
qanun qanunlar aile mecellesi miqrasiya mecellesi usaq usagin xarice aparilmasi aile valideyn mediasiya mehkeme iddia erizesi
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.