Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Analıq məzuniyyətindəyəm. Məzuniyyətdə olduğum müddətdə əmək haqqı ala bilərəm?

0

  • Xeyr. Belə ki, qadın işçilərə hamiləliyə və doğuma görə verilən ödənişli məzuniyyətin müddəti doğumdan əvvəl 70 təqvim günü, doğumdan sonra 56 təqvim günüdür. Bu müddət uşaqların sayından və çətin doğumdan asılı olaraq artırıla bilər.

    Bu müddətdə işçiyə əmək haqqı ödənilmir, müavinət ödənilir.

    Müavinəti almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Hamiləliyə və doğuma görə müavinət xəstəlik vərəqəsinə əsasən təyin olunur.

    Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

    Müavinət işəgötürən tərəfindən deyil, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilir.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaƏmək hüququ
    Yerləşdirildi4 ay öncə
    İzlənib54 dəfə
    Teqlər
    qanunlar isci huquqlari isci emek muqavilesi mezuniyyet analiq mezuniyyeti maas pul huquqi meslehet huquqi maariflendirme huquqsunas
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.