Sevgilim intihar edib, məni prokurorluğa çağırırlar. Nə edə bilərəm?
0
Sevimlilərə əlavə et
Bir şəxs özünü öldürdüyü üçün Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən o zaman cinayət məsuliyyəti yaranır ki, təqsirkar, yəni cinayəti törədən şəxs ondan maddi, xidməti və s. cəhətdən asılı olmuş zərərçəkmiş şəxslə amansız rəftar edərək, onun ləyaqətini mütəmadi olaraq alçaldaraq və ya hədə-qorxu gələrək onu özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmış olsun.
Bununla bağlı prokurorluğa çağırılırsınızsa, çağırış üzrə getməlisiniz və izahatınız alınmalıdır. Ancaq yuxarıda sadalanan hallar sübuta yetirildiyi halda cinayət məsuliyyəti daşıyırsınız.
Prokurorluğa bizim iştirakımızla getmək üçün bizə müraciət edə bilərsiniz.
Teqlər
qanun qanunlar vekil vekil mesleheti cinayet huququ intihar ozunu oldurme heddine catdirma prokurorluq
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.