Müdirə işdən çıxma ərizəsi vermişəm. Ərizəni geri götürə bilərəm?
0
Sevimlilərə əlavə et
Bəli. Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti (bir təqvim ayı) bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz.
Bu o şərtlə mümkündür ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 4 ay öncə |
| İzlənib | 59 dəfə |
Teqlər
qanun qanunlar vekil mesleheti isci isegoturen isci huquqlari emek huququ emek mecellesi erize
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.