İşdən qanunsuz olaraq çıxarılmışam. Nə edə bilərəm?
0
Sevimlilərə əlavə et
Əgər işçi işdən qanunsuz olaraq çıxarılıbsa, bunun üçün ilk öncə mediasiya təşkilatına ərizə ilə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manat təşkil edir.
Əgər mediasiyada tərəflər arasında razılıq əldə olunmazsa, Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə tərəfindən işçinin iddiası təmin olunaraq işə bərpa edilməsi haqqında qətnamə qəbul edilərsə, onda işəgötürən tərəfindən o, dərhal əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə bərpa olunmalıdır.
Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən bu halda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 4 ay öncə |
| İzlənib | 68 dəfə |
Teqlər
mehkeme mediasiya qanun qanunlar huquqi meslehet huquqi maariflendirme huquqsunas isci huquqlari isci isegoturen ise berpa mecburi is buraxma emek haqqi
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.