0
Sevimlilərə əlavə et
Fiziki şəxslər 20.000 manat məbləğinədək olan nağd milli valyutanı gömrük orqanlarına şifahi formada bəyan etməklə, 20.000 manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı yazılı formada tam məbləğdə bəyan etməklə, ölkədən çıxara və ölkəyə gətirə bilərlər.
Fiziki şəxslər məbləği 10.000 ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə, ölkədən çıxara bilərlər.
Fiziki şəxslər 10.000 ABŞ dolları ekvivalenti məbləğindən 50.000 ABŞ dolları ekvivalenti məbləğinədək olan xarici valyutanı onun əvvəllər ölkəyə nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən nağd şəkildə çıxara bilərlər.
| Kateqoriya | Digər |
| Yerləşdirildi | 6 ay öncə |
| İzlənib | 72 dəfə |
Teqlər
pul milli valyuta xarici valyuta gomruk orqani beyanname fiziki sexsler gomruk
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.