İşdən ixtisarla çıxarılmışam. Hansı hüquqlarım var?
0
Sevimlilərə əlavə et
İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatların ixtisarı) əsasən sizi işdən azad edə bilər. Belə olan halda işəgötürəndən aşağıdakıları tələb etmək hüququnuz var:
işlədiyiniz günlərə görə əmək haqqı (son maaş);
istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;
işdənçıxarma müavinəti (ən azı bir aylıq əmək haqqı).
Əgər qeyd olunan ödənişləri ala bilmirsinizsə, hüquqi yardım göstərilməsi üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 6 ay öncə |
| İzlənib | 75 dəfə |
Teqlər
emek huququ emek muqavilesi emek munasibetleri emek haqqi mezuniyyet haqqi isci isegoturen isci huquqlari qanunvericilik emek mecellesi
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.