0
Sevimlilərə əlavə et
Mülki Məcəlləyə əsasən satılan mənzil və ya fərdi yaşayış evi aşağıdakı hallarda geri qaytarıla bilər:
-Əgər alıcı ilə satıcının hər ikisi müqavilənin pozulmasına razıdırsa, qarşılıqlı razılıq əsasında ev əvvəlki sahibinə geri qaytarıla bilər. Bu zaman yeni alqı-satqı müqaviləsi tərtib edilməli və notarial qaydada təsdiqlənməlidir.
-Əgər alqı-satqı zamanı qanun pozuntusu (məsələn, aldatma, zorakılıq, hədələmə, tərəflərin hər biri üçün mühüm əhəmiyyət kəsb edən məlumatın səhv verilməsi və s.) baş veribsə, bu hal müqavilənin etibarsız hesab edilməsinə səbəb ola bilər. Bu zaman satıcı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini və evin geri qaytarılmasını tələb edə bilər.
Məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Mülki hüquq |
| Yerləşdirildi | 5 ay öncə |
| İzlənib | 61 dəfə |
Teqlər
ev menzil alqi satqi mehkeme iddia erizesi iddiaci cavabdeh pul mulkiyyetci dasinmaz emlak
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.