Həm doktoranturada oxuyuram, həm də işləyirəm. Mənə hərbi xidmətdən möhlət verilməlidir?
0
Sevimlilərə əlavə et
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.7-ci maddəsinə əsasən əyani təhsilalma formasında doktoranturada (adyunkturada) təhsil alanlara təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
Həmin Qanunun 23.1.1-ci maddəsinə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər.
Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.
Yəni doktorantura pilləsində əyani təhsil alan çağırışçı istehsalatdan (iş yerindən) ayrılmaqla təhsil ala bilər və yalnız bu halda təhsilini davam etdirmək üçün çağırışa möhlət verilir.
| Kateqoriya | Digər |
| Yerləşdirildi | 4 ay öncə |
| İzlənib | 64 dəfə |
Teqlər
qanun qanunlar herbi huquq herbici herbi xidmetden mohlet herbici doktorantura tehsil isci eyani tehsil herbi qanunvericilik
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.