Atalıq hüququndan məhrum edilmişəm. Aliment ödəməliyəm?
0
Sevimlilərə əlavə et
Bəli. valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər.
Belə ki, valideynlik hüququndan məhrum edilən ata və ya ana uşağın saxlanması üçün nəzərdə tutulan alimenti ödəməlidir.
Lakin valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 3 ay öncə |
| İzlənib | 36 dəfə |
Teqlər
qanunlar valideynlik huququndan mehrum etme aliment mehkeme huquqi maariflendirme huquqi meslehet
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.