Atamın adına olan ev mənə qalıb. Boşananda arvad pay tələb edə bilər?
0
Sevimlilərə əlavə et
Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Həmin əmlak ər-arvadın birgə mülkiyyəti sayılmadığı üçün boşanma zamanı onlar arasında bölünə bilməz.
Lakin ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Bu halda tərəflərdən biri digərindən pay və ya kompensasiya tələb edə bilər.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 4 ay öncə |
| İzlənib | 70 dəfə |
Teqlər
qanun qanunlar huquqi maariflendirme aile huququ aile er arvad dasinmaz emlak mulkiyyetci birge mulkiyyet emlak bolgusu
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.