Bitcoin alıb-satıram. Vergi ödəməliyəm?
0
Sevimlilərə əlavə et
Bitcoinin bahalaşması və gündəmdə olması səbəbi ilə, eləcə də, mənə ünvanlanan çoxlu suallara görə bu barədə paylaşım etmək istəyirəm.
Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Bu gəlir, fiziki şəxsin qeyri-sahibkarlıqdan gəliri sayılır.
Belə ki, Vergilər Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Buna əsasən vergiyə cəlb olunan gəlir kimi kriptovalyutanın alındığı vaxtla təqdim edildiyi tarixə olan qiymət artımı əsas götürülür.
Misal olaraq, Fiziki şəxs 2023-cü il mart ayında dəyəri 4 000 dollar olan kriptovalyuta alıb və həmin kriptovalyutanı 2024-cü il noyabr ayında 14 000 dollara satıb.
Bu halda fiziki şəxs 10 000 dollar (14 000-4 000=10 000) qeyri-sahibkarlıqdan gəlir əldə etmiş sayılır və Vergilər Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq dövlət büdcəsinə ödəməlidir.
Növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi” ni vergi orqanına təqdim etməlidir.
Kateqoriya | Vergi hüququ |
Yerləşdirildi | 5 gün öncə |
İzlənib | 11 dəfə |
Teqlər
bitcoin alıb satıram. vergi ödəməliyəm?
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.