Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Sosial şəbəkələrdə məni təhqir edən şəxsi hansı cəza gözləyir?

0

  • Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur.

    Şəxsin şərəf və ləyaqətini nalayiq formada alçatmaq həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə, onu əhatənin, yəni dostlarının, tanışlarının gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. 

    Qanunvericiliyə əsasən, təhqir cinayəti törətmiş hər bir 16 yaşına çatmış fiziki şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər.

    Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir cinayəti 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bundan əlavə, əgər təhqir cinayəti internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək törədilərsə, bu cinayət
    1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaCinayət hüququ
    Yerləşdirildi17 saat öncə
    İzlənib1 dəfə
    Teqlər
    tehqir ceza sosial soyus seref leyaqet
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.