0
Sevimlilərə əlavə et
Bəli. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarına əsasən nişan mərasimində nişanlanan oğlan və ya onun valideynləri tərəfindən nişanlanan qıza verilən hədiyyələr, o cümlədən qızıl-zinət əşyaları gələcəkdə rəsmi nikahın baş tutacağı ümidi ilə verilir.
Gələcəkdə rəsmi nikah baş tutmazsa, hədiyyə, habelə qızıl-zinət əşyalarını əldə etmə sonradan aradan qalxmış əsasa söykəndiyi üçün bu əsassız varlanma hesab olunur. Mülki Məcəlləyə əsasən əsassız varlanmış şəxsin əmlakı geri qaytarmaq vəzifəsi yaranır. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 3 ay öncə |
| İzlənib | 60 dəfə |
Teqlər
qanunlar nisan nikah bosanma esassiz varlanma mehkeme qizil zinet esyalari huquqi meslehet huquqi maariflendirme
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.