Artıq ov mövsümü bitdi. Ov etməyə davam etsəm hansı məsuliyyəti daşıyıram?
0
Sevimlilərə əlavə et
Ov mövsümü bitdiyi halda ov etməyə davam etsəniz, bu, inzibati məsuliyyətə səbəb olur.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən ov etmək qaydalarının kobud şəkildə pozulmasına görə (yəni lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə) inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilir, yaxud 6 aydan 2 ilədək müddətə ov hüququ məhdudlaşdırılır.
Teqlər
qanun qanunlar inzibati xeta inzibati mesuliyyet cerime polis
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.