0
Sevimlilərə əlavə et
Qanunvericiliyə görə, mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da (məsafədən idarə olunan pilotsuz uçan aparatlar) aid edilir. Belə ki, dronlardan istifadə etmək istəyən şəxslər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət etməli və əlavə olaraq Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin icazəsini də təqdim etməlidirlər.
Belə ki, ölkə ərazisində dronlarlardan istifadə etmək üçün icazə 6 dövlət qurumunun da rəyləri nəzərə alınmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən verilir. Bu səlahiyyət Nazirliyin yanında fəaliyyət göstərən Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Kateqoriya | Mülki hüquq |
Yerləşdirildi | 3 saat öncə |
İzlənib | 1 dəfə |
Teqlər
dron pilotsuz pua icaze
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.