0
Sevimlilərə əlavə et
Cinayət Məcəlləsinin 311.1-ci maddəsinə əsasən rüşvət alma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Külli miqdarda (5000 manatdan artıq) rüşvət alma 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin cinayət işlərinin istintaqının aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.
Teqlər
qanun qanunlar cinayet cinayet isi cinayet mesuliyyeti ceza mehkeme prokurorluq
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.