0
Sevimlilərə əlavə et
Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı, yəni natamam iş günü, və ya natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti (yarımştat və s.) tərəflərin razılığı ilə müəyyən edilir.
İşçinin hamiləliyi, əlilliyi olarsa, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə 14 yaşına çatmamış, yaxud əlilliyi olan uşağı olan qadınlara ərizələri əsasında işəgötürən natamam iş vaxtı müəyyən etməlidir.
Bu zaman əmək haqqının ödənilməsi ya işə sərf olunan vaxta uyğun, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 7 ay öncə |
| İzlənib | 129 dəfə |
Teqlər
emek emekhuququ isci isegoturen emekmuqavilesi isvaxti natamamisvaxti iscihuquqlari
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.