Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunma hansı halda ləğv oluna bilər?
0
Sevimlilərə əlavə et
İşəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsini ləğv edərkən onun yol verdiyi konkret pozuntuları sübutlarla təsdiqləməlidir. Yəni işdən azad etmə əmrində sadəcə həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə kifayətlənmək olmaz.
Həmin maddə ilə qanunsuz olaraq əmək müqaviləsi ləğv edilən işçi məhkəməyə müraciət edərək işə bərpa oluna və ya həmin maddənin silinməsini tələb edə bilər.
Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesindən keçmək tələb olunur. Mediasiyada barışıq əldə edilməzsə, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Mediasiya xərci 60 manatdır, məhkəmə üçün dövlət rüsumu tələb olunmur.
Mediasiyaya ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Əmək hüququ |
| Yerləşdirildi | 7 ay öncə |
| İzlənib | 290 dəfə |
Teqlər
emek mecellesi emek muqavilesi emek muqavilesine xitam isci isegoturen isci huquqlari mehkeme iddia erizesi
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.