0
Sevimlilərə əlavə et
Əgər sizə qarşı törədilən oğurluq və ya dələduzluğun məbləği 500 manatdan aşağıdırsa, həmin əməli törədən şəxs cinayət məsuliyyəti deyil, inzibati məsuliyyət daşıyır.
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talamaya görə 160 saatdan 240 saatadək ictimai işlər və ya 3 ayadək müddətə inzibati həbs tətbiq edilir.
Əgər məbləğ 500 manatdan yuxarıdırsa, həmin əməllərin törədilməsi cinayət məsuliyyəti yaradır.
Oğurluğa görə cinayət məsuliyyəti 100 manatdan da yarana bilər.
100 manat məbləğində oğurluq edildikdə cinayət məsuliyyəti yaradan bəzi hallar:
-zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə;
-yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;
-elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;
-qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; təkrar törədildikdə.
Teqlər
cinayet cinayet mesuliyyeti deleduzluq ogurluq mehkeme erize pul
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.