0
Sevimlilərə əlavə et
Etibarnamə mülkiyyəti təsdiq edən sənəd deyil. Belə ki, avtomobilin mülkiyyətçisi etibarnamədə göstərilən müəyyən səlahiyyətlərini sizə ötürmüş olur və avtomobilə mülkiyyət hüququ isə həmin şəxsdə qalır.
Etibarnamə əsasında avtomobili alıb, bunun üçün pul ödəsəniz də, qanuni olaraq həmin avtomobilin mülkiyyətçisinə çevrilmirsiniz. Siz sadəcə avtomobili idarə edə bilirsiniz və yaxud mülkiyyətçinin adından bəzi əməliyyatlar apara bilirsiniz.
Etibarnamə ilə aldığınız avtomobilin üzərinə mülkiyyətçinin borclarına görə həbs qoyula bilər, avtomobil hərraca çıxarıla bilər, etibarnamə istənilən vaxt ləğv oluna bilər. Belə olan halda isə etibarnamə alan şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödədiyi pulun geri qaytarılmasını tələb edə bilər.
Məhkəməyə iddia ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Teqlər
etibarname alqi satqi masin mulkiyyetci herrac hebs pul mehkeme iddia erize qetname
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.