Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Evimə oğru girərsə, ona xəsarət yetirməyim cinayət məsuliyyəti yaradırmı?

0

  • Evinizə oğru daxil olarsa, sizə müqavimət göstərərsə və siz də özünüzü müdafiə etmək məqsədilə ona xəsarət yetirərsinizsə, bu, cinayət məsuliyyətinə səbəb olmaya bilər.

    Belə ki, Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını, hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.

    Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. Yəni özünüzü müdafiə etmək üçün yetirdiyiniz xəsarətlər qəsd edən şəxsin sizə yönəlmiş hərəkətlərinə mütənasib deyildirsə, bu, zəruri müdafiə həddini aşmaqdır.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaCinayət hüququ
    Yerləşdirildi4 ay öncə
    İzlənib64 dəfə
    Teqlər
    qanun qanunlar cinayet mesuliyyeti cinayet isi cinayet zeruri mudafie cinayet mecellesi polis prokurorluq mehkeme huquq
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    20:13
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.