Rəsmi nikah olmadan uşaq olub. Aliment üçün müraciət edə bilərəm?
0
Sevimlilərə əlavə et
Bəli. Bu halda alimentin ödənilməsi atalıq müəyyən edildiyi təqdirdə mümkündür. Bununla bağlı ya atalığın müəyyən edilməsi barədə şəhadətnamə, ya da məhkəmə qətnaməsi olmalıdır.
Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.
Atalıq müəyyən edildikdə aliment tələbi üçün əvvəlcə mediasiya prosesindən keçməlisiniz. Alimentlə bağlı mediasiya prosesində razılıq əldə edilmədikdə, alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Mediasiyaya ərizə və məhkəməyə iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Ailə hüququ |
| Yerləşdirildi | 5 ay öncə |
| İzlənib | 72 dəfə |
Teqlər
aliment ataliq iddia erizesi mediasiya mehkeme usaq mehkeme qetnamesi aile mecellesi aile ataliq fakti
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.