0
Sevimlilərə əlavə et
Ər-arvadın birgə nikah dövründə aldıqları kreditin onların birgə mülkiyyətini təşkil edib-etməməsi ilə bağlı qanunvericilikdə ziddiyyət olduğu qənaətinə gəlinərək Konstitusiya Məhkəməsinə müraciət edilmişdir.
23 iyul 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, ər-arvad hər birinin öhdəliyi üzrə yalnız öz əmlakları ilə kreditor qarşısında fərdi məsuliyyət daşıyırlar. Lakin ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin (məsələn, nikahdan əvvəl alınmış kredit məbləğinin və ya üçüncü şəxslərə zərər yetirilməsi nəticəsində əldə edilmiş vəsaitin və s.) ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir.
Bir sözlə, ər-arvadın birgə nikah dövründə aldıqları kredit ailə ehtiyaclarını ödəmək məqsədli olduğuna görə onların ümumi əmlakı sayılır və bölünməlidir. Lakin aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s. tərəflərin şəxsi xarakterli öhdəlikləri olduğu üçün ümumi əmlak hesab edilmir və bölünmür.
Kateqoriya | Ailə hüququ |
Yerləşdirildi | 17 saat öncə |
İzlənib | 17 dəfə |
Teqlər
er arvad bosanma borc kredit
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.