0
Sevimlilərə əlavə et
İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə və 4 bal nəzərdə tutulur.
Lakin zərər çəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs barəsində həmin cərimə və bal tətbiq edilmir.
Bundan başqa yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda da sürücü hadisə yerini tərk etdikdə 100 manat məbləğində cərimə və 4 bal tətbiq edilmir.
Teqlər
İnzibati məsuliyyət inzibati xəta yol polis qəza hadisə yerindən yayınma cərimə bal
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.