0
Sevimlilərə əlavə et
BU HALLARDAN BAŞQA HEÇ BİR HALDA NƏQLİYYAT VASİTƏSİ CƏRİMƏ MEYDANÇASINA APARILA BİLMƏZ:
Belə ki,
1. Əgər sizin nəqliyyat vasitəsini idarəetmə hüququnuz və nəqliyyat vasitəsinə sahiblik hüququnuz yoxdursa;
2. Nəqliyyat vasitənizin dövlət qeydiyyat nişanları yoxdursa və ya saxta qeyri-standart dövlət nişanları ilə idarə edirsinizsə;
3. Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi şəhadətnaməyə uyğun gəlmirsə;
4. Nəqliyyat vasitəsində xüsusi normativ tələblər pozulmaqla avadanlıq quraşdırılıbsa;
5. Nəqliyyat vasitəsi alkoqol, narkotik vasitə və psixotrop maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə əsas verən şəxs tərəfindən idarə olunarsa və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmazsa;
6. Nəqliyyat vasitəniz xüsusi çoxavazlı səs və sayrışan işıq cihazları ilə təchiz edilərsə;
7. Məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının qərarı varsa, inzibati cərimə barədə qərar 2 ay müddətində icraat edilməzsə;
8. Yüklənən iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında qanunvericiliyə zidd şəkildə hərəkət edərsə;
9. Dayanma və ya durma qaydalarını pozmuş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaradarsa;
10. Nəqliyyat vasitəsi 24 saatdan artıq parklanma yerində saxlanılarsa.
Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
Avtomobiliniz qanunsuz olaraq duracağa aparılıbsa, bununla bağlı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz var.
Teqlər
polis ypx cerime meydanca duracaq duracag
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.