Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Mağazada məhsullar təsadüfən qırılsa ödənişi kim etməlidir?

0

  • Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçinin üzərinə düşür. Alıcıya kassa və ya əmtəə çekinin və ya malın ödənildiyini təsdiq edən digər sənədin verildiyi ana qədər malın mülkiyyətçisi mağaza sahibi olan sahibkar sayılır. Lakin qeyd edilməlidir ki, maddədən də göründüyü kimi bu yalnız əmlakın təsadüfən məhv olması və ya zədələnməsi hallarına aiddir və bu zaman alıcıdan hər hansı ödənişin edilməsi tələb edilə bilməz. Lakin əks halda, yəni əgər şəxs mağazadakı malı təqsirkar hərəkəti nəticəsində qırmışdırsa və ya zədələmişdirsə, vurulan zərərin əvəzi ödənilməlidir.

    Bəs hansı halda əmlak təsadüfən məhv olmuş və ya zədələnmiş sayılır?

    Belə təsadüfi hallara o hallar aiddir ki, malın məhv olması və ya zədələnməsi alıcının hərəkəti ilə deyil, digər hallarla əlaqədardır. Məsələn mağazada malların düzülüşü düzgün qaydada yerləşdirilməmişdir, satıcı malların təhlükəsizliyi üçün zəruri şəraiti yaratmamışdır və s.

    Bu kimi hallarda vətəndaşlar özlərini itirməməli, malların onların təqsiri olmadan qırıldığı və ya zədələndiyi hallarda haqlı səbəblərini bildirməli, öz hüquqlarını müdafiə etməlidirlər.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaMülki hüquq
    Yerləşdirildi16 saat öncə
    İzlənib12 dəfə
    Teqlər
    magaza mehsul mal zedelenme qirilma emlak tesadufen ehtiyyatsizliq
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.