0
Sevimlilərə əlavə et
İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə nəzərdə tutulur.
Həmin əməllər xeyli məbləğdə (50.000 manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 3 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Teqlər
cinayet mecellesi cinayet mesuliyyeti cinayet inzibati xeta inzibati mesuliyyet cerime ziyan vergi orqani vergi ucotu sahibkarliq
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.