Ölüm haqqında şəhadətnaməni ala bilmirəm. Nə edə bilərəm?
0
Sevimlilərə əlavə et
Ölüm haqqında şəhadətnamə “ASAN xidmət” mərkəzləri və ya Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən ölən şəxsin yaxın qohumlarına verilir.
Ölüm haqqında şəhadətnamə ölüm haqqında tibbi sənəd əsasında verilir. Ölüm haqqında tibbi sənəd olmadıqda qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edir.
Ölüm haqqında tibbi sənəd olmadıqda ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edə bilərsiniz.
Qeydiyyat şöbəsi ölüm faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsi əsasında ölüm haqqında şəhadətnamə verir.
Məhkəməyə ərizələrinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
| Kateqoriya | Digər |
| Yerləşdirildi | 7 ay öncə |
| İzlənib | 166 dəfə |
Teqlər
olum haqqinda sehadetname olum dogum olum fakti olumun qeyde alinmasi qeydiyyat qeydiyyat sobesi mehkeme erize
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.