Qəsdən maşınımın təkərini partladıblar. Şəxsin məsuliyyəti nədir?
0
Sevimlilərə əlavə et
İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda (5000 manatdan yuxarı olmayan məbləğ) ziyan vurduqda inzibati məsuliyyətə səbəb olur və inzibati xəta nəticəsində vurulmuş ziyanın 1 mislindən 2 mislinədək məbləğdə cərimə nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda (5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ) ziyan vurmaqla törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Maddənin ən ağır cəzası isə 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasıdır.
Hər iki maddə üzrə əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə həm inzibati, həm də cinayət məsuliyyətindən azad edilir.
Teqlər
qanun qanunlar inzibati xeta inzibati mesuliyyet cinayet mesuliyyeti cinayet polis prokurorluq emlak ziyan qanunvericilik
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.