Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Yalandan polis çağırma, yalan məlumat vermənin məsuliyyəti nədir?

0

  • İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

    Həmin inzibati xətanı törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

    Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə isə Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Həmin əməlin törədilməsinə görə 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

    Həmin cinayəti törədənədək 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    Kateqoriyaİnzibati hüquq
    Yerləşdirildi1 gün öncə
    İzlənib15 dəfə
    Teqlər
    polis inzibati cinayet yalan sehv tibb fovqelade 102 103 melumat
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.