Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
VÖEN-i necə bağlamaq olar?

0

  • Vergi qanunvericiliyinə əsasən, VÖEN-i bağlatdırmağın iki üsulu var:
    1. VÖEN-in müvəqqəti dayandırılması
    2. VÖEN-in birdəfəlik ləğv olunması

    Birinci üsulda siz vergi orqanına fəaliyyətinizi müvəqqəti dayandırma barədə ərizə təqdim edirsiniz və həmin ərizədə fəaliyyətinizi hansı tarixdən hansı tarixə qədər dayandıracağınız barədə məlumatlar qeyd edirsiniz.
    Bu zaman VÖEN-in fəaliyyəti müvəqqəti olaraq dayanmış olur.

    Müvəqqəti dayandırma müddəti bitən kimi VÖEN avtomatik aktivləşir.

    İkinci üsulda isə siz vergi orqanına VÖEN-in birdəfəlik ləğv olunmasına dair fiziki şəxsin vergi uçotundan çıxarılması barədə ərizə verirsiniz. Bu zaman vergi orqanı sizin VÖEN-niz barədə son haqq-hesab aparır və dövlət büdcəsi qarşısında heç bir öhdəliyiniz yoxdursa, VÖEN-i birdəfəlik ləğv edir.

    Hər iki üsulda da vergi orqanına heç bir hesabat təqdim olunmur və vergi ödənilmir.

    Ərizələrin yazılması və vergi hüququ ilə bağlı istənilən mövzu üçün bizə müraciət edə bilərsiniz.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaVergi hüququ
    Yerləşdirildi1 ay öncə
    İzlənib40 dəfə
    Teqlər
    voen sexs vergi nece baglamaq
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.