Qonşumun quraşdırdığı kamera həyətimi çəkir. Necə mane ola bilərəm?
0
Sevimlilərə əlavə et
Əgər qonşunuzun kamerası qəsdən sizin evin həyətinə, pəncərəsinə və yaxud eyvanına yönəldilmişdirsə, bu, sizin şəxsi həyatınıza müdaxilə sayılır və cinayət məsuliyyətinə səbəb olur.
Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi, qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Həmin cinayət işi üzrə işlərə baxmaq prokurorluq orqanlarının səlahiyyətindədir. Siz də belə halla rastlaşdıqda ərazi üzrə prokurorluq orqanlarına müraciət edə bilərsiniz.
Habelə, quraşdırılmış kameranın sökülməsi tələbi ilə məhkəməyə də müraciət etmək hüququnuz vardır.
Teqlər
cinayet cinayet mesuliyyeti sexsi heyatin toxunulmazligi mehkeme ceza cinayet mecellesi polis prokurorluq
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.