Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Qanunvericilikdə ”vəzifəli şəxslər” dedikdə kimlər başa düşülür?

10/5

  • 1. Hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

    2. Dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

    3. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

    4. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

    5. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

    6. Xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

    7. Beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici və ya yerli andlı iclasçılar.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaQanunvericilik
    Yerləşdirildi3 gün öncə
    İzlənib14 dəfə
    Teqlər
    vezifeli sexs vezifeli sexs vezifeli sexsler qanunvericilik
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.