Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Ərim məni təhdid edir. Nə edə bilərəm?

5/5

  • Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları pozulduqda zərərçəkmiş şəxs mühafizə orderi ala bilər.

    Müvafiq icra hakimiyyəti orqanı zorakılıq törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə zərər çəkmiş tərəfindən müraciətin edilməsindən 24 saat keçənədək yazılı xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 60 gün müddətinədək qısamüddətli mühafizə orderi verir.

    Qısamüddətli mühafizə orderində məişət zorakılığı törətmiş şəxsə bunlar qadağan edilə bilər:
    1) məişət zorakılığının təkrar törədilməsi;
    2) zərər çəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
    3) zərər çəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.

    Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxsin, müvafiq icra hakimiyyəti orqanının və ya prokurorun müraciətinə əsasən, zərər çəkmiş şəxsə məhkəmə qərarı ilə 60 gündən 180 gün müddətinə uzun müddətli mühafizə orderi verilir.

    Mühafizə orderi almaq üçün bizə müraciət edə bilərsiniz!

    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaCinayət hüququ
    Yerləşdirildi5 gün öncə
    İzlənib14 dəfə
    Teqlər
    meiset zorakiligi zorakiliq erim tehdid doyur doymek
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.