Obyektimdə yerləşdirdiyim reklama görə mənə əsassız cərimə yazılıb. Nə edə bilərəm?
0
Sevimlilərə əlavə et
Obyektinizdə yerləşdirmək istədiyiniz reklamın qeydiyyatı üçün Dövlət Reklam Agentliyinə ərizə ilə müraciət edirsiniz. Əgər həmin qurum qanunvericiliyin tələblərini pozduğunuzu bildirərsə, bu barədə inzibati xəta haqqında protokol tərtib olunur və məhkəməyə göndərilir. Məhkəmə sizin barənizdə inzibati cərimənin tətbiq edilib-edilməməsi barədə qərar qəbul edir.
Əgər rayon (şəhər) məhkəməsinin barənizdə inzibati cərimə tətbiq edilməsi barədə qərarının əsassız olduğunu hesab edirsinizsə və ya həmin qərarla razı deyilsinizsə, qərarı rəsmi qaydada aldığınız gündən 10 gün müddətində apellyasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət edə bilərsiniz.
Məhkəməyə apellyasiya şikayətinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
Teqlər
inzibati xeta inzibati xeta haqqinda protokol inzibati tenbeh verme haqqinda qerar inzibati mesuliyyet polis obyekt reklam qanun
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.