Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Evli şəxslərdən avtomobil alarkən diqqətli olun!

0

  • Evli şəxsdən avtomobil alarkən alıcı satıcının həmin əmlakı evlilik dövründə əldə etməsinə diqqət etməlidir.

    Ailə Məcəlləsinin 33-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınar (avtomobil) və ya daşınmaz əmlak (mənzil, torpaq sahəsi və s.) üzərində sərəncam vermək barədə əqdlər (alqı-satqı, bağışlama) bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır.

    Yəni, avtomobil birgə nikah dövründə əldə edilibsə, arvadın(ərin) onda pay hüququ ola bilər, buna görə də notarial razılıq verilməlidir.

    Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən məhkəmədə mübahisələndirilə bilər.

    Gələcəkdə əgər boşanma olarsa, arvad(ər) notarial razılıq verməmişdirsə, satılmış əmlakın üzərinə həbs qoydura və ya öz payını tələb edə bilər.

    Belə hallarla qarşılaşmamaq üçün əvvəlcədən bizə müraciət edərək ödənişli konsultasiya ala bilərsiniz.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaMülki hüquq
    Yerləşdirildi3 gün öncə
    İzlənib10 dəfə
    Teqlər
    qanunvericilik avtomobil birge nikah
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.