Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Səhvən başqasının kartına pul göndərmişəm, necə geri ala bilərəm?

5/5

  • Mülki Məcəlləyə əsasən, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmək əsassız varlanma adlanır. Əsassız varlanma zamanı varlanan şəxs əsassız əldə olunmuş əmlakın geri qaytarılması öhdəliyi daşıyır.

    Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
    -əldə edilənlərdən götürülən faydaya;
    -əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

    Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

    Yəni, qanunvericiliyə əsasən səhvən kart hesabına pul köçürdüyünüz şəxs həmin pulu könüllü olaraq geri qaytarmaq istəmirsə, bununla bağlı məhkəməyə müraciət edə bilərsiniz.

    Onu da qeyd edək ki, məhkəməyə müraciət üçün iddia müddəti əsassız varlanma obyektini qaytarma hüququ məhrum olan şəxsə məlum olan vaxtdan başlamaqla iki il müddət təşkil edir.

    Məhkəməyə müraciət zamanı iddia ərizəsinin hazırlanması üçün bizə müraciət edə bilərsiniz.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaMülki hüquq
    Yerləşdirildi2 ay öncə
    İzlənib37 dəfə
    Teqlər
    bank kart varlanma sehv kocurme pul
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.