Maşınla məni vurublar. Nə qədər kompensasiya ala bilərəm?
5/3
Sevimlilərə əlavə et
Əgər yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almısınızsa, zərərvuran tərəfin sığorta şirkətinə müraciət edərək kompensasiya ala bilərsiniz.
Avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasına əsasən kompensasiyanın məbləği yüngül xəsarətə görə 750 manat, az ağır və ağır xəsarətə görə isə 1500 manatdır.
Əlavə olaraq 3 il müddətinə əlillik dərəcəsi təyin olunarsa, ümumilikdə 3000 manat, ölüm olduqda isə 5000 manat kompensasiya tələb edə bilərsiniz. Kompensasiyanın maksimal məbləği 50000 manatdır.
Yol-nəqliyyat hadisəsi baş verdikdə zərərvuran avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsi məlum olduğu halda, informasiya sistemi vasitəsilə sığortaçını müəyyən etmək və sığorta tələbi ilə həmin sığortaçıya müraciət etmək mümkündür.
Sığortaçını müəyyən etmək mümkün olmadıqda baş vermiş hadisə ilə əlaqədar zərərvuran şəxsin müəyyən edilməsi məqsədilə hadisənin baş verdiyi ərazi üzrə polis idarəsinə müraciət olunmalıdır.
Teqlər
qeza masin qezasi qeza zamani avtoqeza avto qeza adam vurma masinla adam vurma