0
Sevimlilərə əlavə et
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Yəni işçi əsas məzuniyyətini istifadə edə bilməsə belə, həmin günlərə görə ödəniş almaq hüququ vardır.
Onu da qeyd edək ki, əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə, əmək funksiyasının xüsusiyyətlərinə və əmək stajına görə verilən əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
İstinad:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maddə 144.
Kateqoriya | Əmək hüququ |
Yerləşdirildi | 2 gün öncə |
İzlənib | 9 dəfə |
Teqlər
mezuniyyet maas mecelle 144
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.