6/3
Sevimlilərə əlavə et
Mülki Məcəllənin 1220-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər:
-əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə;
notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə: vəsiyyətnamələr bir-birini tamamlayır və biri digərinin təkrarı deyilsə, bütün vəsiyyətnamələr qüvvədə qalır;
əgər vəsiyyətnamələr bir-birinə ziddirsə, sonrakı vəsiyyətnamə qüvvədə qalmaqla, əvvəlki vəsiyyətnamə ləğv olunur.
Şəxsin bir neçə vəsiyyətnamə tərtib etdiyi halda vəsiyyətnamələrdən biri notariat formasında tərtib edilmiş vəsiyyətnamə olarsa, ona üstünlük verilir. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
Kateqoriya | Mülki hüquq |
Yerləşdirildi | 5 gün öncə |
İzlənib | 13 dəfə |
Teqlər
vereselik verese miras