Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Məzuniyyətdəyəm, amma müdir məni işə çağırır. Qanun nə deyir?

0

  • Məzuniyyətə göndərilən işçini işəgötürən xüsusi hallar olmazsa, məzuniyyətdən geri çağıra bilməz. Xüsusi hal kimi istehsalat qəzaları və təxirəsalınmaz işlər olmalıdır.

    Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətdə olan işçi xüsusi hallarda, yəni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.

    Bütün şəraitlərdə geri çağırılma tələbi olduğu halda, işçinin razılığı tələb olunduğundan işçi qayıtmaqdan imtina edə bilər.

    İşçi özünün təşəbbüsü ilə məzuniyyətdən geri çağırıla bilər, lakin bu halda da işəgötürənin razılığı lazımdır.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaƏmək hüququ
    Yerləşdirildi6 ay öncə
    İzlənib88 dəfə
    Teqlər
    emek huququ isci isci huquqlari mezuniyyet mezuniyyet huququ mezuniyyetden geri cagirma mudir mezuniyyet haqqi
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    20:13
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.