4/4
Sevimlilərə əlavə et
Göz zəifliyi olduqda hərbi xidmətə yararlıq göz ölçülərindən asılı olaraq necə təyin olunur?
Miopiya (mənfi refraksiya) olduqda:
- Mənfi 3dptr-dək zəiflik olduqda hərbi xidmətə tam yararlı hesab olunur;
- Mənfi 3 dptr-dan (-6.0)-dək olduqda, həmçinin/və ya astiqmatizm 2dptr-dən 4dptr-dək olduqda hərbi xidmətə məhdud yararlı hesab olunur;
- Hər hansı gözdə (-6.0)dptr-dan (-8.0)-dək ölçülər olduqda, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab olunur ;
- Hər hansı gözdə (-8.0)dptr-dan (-12.0)dptr-dək ölçü olduqda və ya 4 dptr dan artıq astiqmatizm olduqda hərbi xidmətə yararsız hesab olunur (fərdi yanaşma ilə);
- (-12.0)dptr dan artıq ölçülər olduqda və ya 6.0 dptr-dan artıq astiqmatizm olduqda, həm dinc dövrdə, həm də müharibə dövründə yarasız hesab edilir.
Hipermetropiya (müsbət refraksiya)olduqda:
- 6dptr-dan 8 dptr-dək uzaqgörmə olduqda və ya 2dptr dan 4dptr-dək astiqmatizm olduqda, hərbi xidmətə məhdud yararlı hesab olunur;
- 8dptr-dan 12dptr-dək uzaqgörmə və ya 4-dptr dan 6dptr-dək astiqmatizm olduqda, sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı hesab olunur ;
- 12dptr-dan artıq uzaqgörmə olduqda və ya 6dptr-dan artıq astiqmatizm aşkarlanarsa, həm müharibə dövründə, həm də sülh dövründə hərbi xidmətə yarasız hesab edilir.
Nəzərə alınmalıdır ki, hərbi xidmətə yararlılıq, göz xəstəliklərinin olmasından və ya görmə itiliyindən asılı olaraq da dəyişilə bilər.
Teqlər
herbi esger goz zeiflik yararliliq esgerlik ordu
Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.