Bütün Kateqoriyalar Hüquqi yardım xidmə️ti Ərizə️ni ÖzÜn yaz Müraciə️t et
Ailə hüququƏmək hüququVergi hüququİnzibati hüquqCinayət hüququMülki hüquqQanunvericilikDigər
Borc vermişəm,qaytarmır. Nə edə bilərəm?

0

  • Verilmiş borcun məbləği 3.000 manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmayıbsa, borcverənin icra barədə tələbini almış borcalan 1 ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir.

    Bəs yazılı müqavilə yoxdursa, bu halda borcun həqiqətən verilməsi məhkəmədə necə sübut edilə bilər?

    Şifahi qaydada bağlanan borc müqaviləsi məhkəmədə əlavə sübutlarla (şahidlərin ifadələri, tərəflər arasında borcla bağlı yazılı hər hansı sübut) təsdiq edilə bilər.

    Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, şəxs tərəfindən qarşı tərəfin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması şəxsi toxunulmazlıq hüququnun pozuntusu kimi qiymətləndirilə bilməz. Başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi qanunsuz sübutdan istifadə edilməsi anlamına gəlmir.

    Bir sözlə, əgər borcun verilməsi ilə bağlı sizin qarşı tərəflə hər hansı yazışmanız varsa, (məsələn WhatsApp yazışması) bu yazışma məhkəmə tərəfindən sübut olaraq qəbul edilə bilər. Səs yazısı, telefon danışıqlarının isə təklikdə sübut qismində mötəbərliyi qarşı tərəfin montaj olunduğunu iddia etməsi və s. kimi hallar nəticəsində şübhə altına alına bilər.
    Hüquqi yardım üçün bizə müraciət edə bilərsiniz!
    WhatsApp'dan yaz
    KateqoriyaMülki hüquq
    Yerləşdirildi16 saat öncə
    İzlənib5 dəfə
    Teqlər
    borc notarius mehkeme
    Şərhlər
    Hələ ki bu məqaləyə şərh yazan olmayıb, ilk yazan sən ol.
    Şərh yaz
    Captcha

    Maraqlı gələ bilər
    Oxşar Məqalələr
    Kateqoriyalar
    Bütün hüquqlar qorunur.